Silah anbarında partlayış: 6 hərbçi öldü

16:40 9 Avqust 2025

Livanın Tir şəhəri ətrafında silah anbarında sursat partlayışı nəticəsində ən azı 6 hərbçi ölüb.

Sitat.info xəbər verir ki, bu barədə “Əl-Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış “Hizbullah”a məxsus silah anbarının sökülməsi zamanı baş verib.

Bildirilib ki, hadisə yerinə təcili yardım maşınları gəlib.



Xəbər xətti