İrəvan və Bakı bu dövründəki sərhədlərini tanıyacaqlar

17:00 11 Avqust 2025

Azərbaycan və Ermənistan keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər.

Sitat.info xəbər verir ki, bu, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən paraflanan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsində əksini tapıb.



Xəbər xətti