"Sabah" - "Levski" oyununa nə qədər bilet satılıb?

20:45 11 Avqust 2025

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Bakıda keçiriləcək “Sabah” – “Levski” (Bolqarıstan) matçına satılan biletlərin sayı açıqlanıb.

Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, indiyə qədər 5000 bilet satılıb.

“Bank Respublika Arena”da keçiriləcək matçın biletlrəinin qiyməti müvafiq olaraq 2, 4, 5 manat təşkil edir.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, “Sabah” – “Levski” matçı avqustun 14-də “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək. Komandalar aeaında keçirilən ilk görüş Masazır təmailçisinin 0:1 hesablı məğlubiyyətlə başa çatıb.



Xəbər xətti