Laçında qətl törədildi, qardaşı saxlanıldı

19:38 12 Avqust 2025

Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.

Sitat.info xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib. 

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. 

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 

Araşdırmalar aparılır.



Xəbər xətti