Tramp-Putin görüşündə qalmaqal - Jurnalistləri zaldan çıxartdılar - VİDEO

23:31 15 Avqust 2025

Alyaskada Tramp-Putinin görüşündə media nümayəndələri görüş zalından çıxarılıb. 

Sitat.info xəbər verir ki, Putinə ünvanlanan suallara cavab verməməsi və qəribə reaksiyaları jurnalistlərin etirazına səbəb olub. Narazılığın ardınca jurnalistlər və operatorlar zalxan çıxarılıb, çəkilişə maneə törədilib.

Qeyd edək ki, ABŞ tərəfdən görüşdə prezident Donald Tramp, dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov iştirak edir.

Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur. 

Həmin videonu təqdim edirik:

 

 

 



Xəbər xətti