Sinə ağrısı, ayaqlarda zəiflik bu xəstəliyin əlamətidir - Həkimlərdən XƏBƏRDARLIQ

15:57 25 May 2022

Son vaxtlar ürək-damar xəstəlikləri arasında ateroskleroz çox geniş yayılıb.

SİTAT.İNFO xəbər verir ki, ürək- damar Cərrahı Dr. Mustafa Seren ateroskleroz xəstəliyinin risklərindən danışıb.

O, qeyd edib ki, şəkərli diabet, piylənmə, siqaret, yüksək təzyiq, ailə üzvlərində ürək xəstəliyinin olması, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma ateroskleroz riskini artırır.

Aterosklerozun simptomları hansı arteriyada olmasından asılı olaraq fərqlənir.

Xəstəlik ürək damarlarına təsir edərsə, sinə ağrısı və infarkt, əgər onlar beyin damarlarına təsir edərsə, nitq və görmə pozğunluğu, qollarda və ayaqlarda zəiflik, müvəqqəti və ya daimi insult yarana bilər”.

Dr. Mustafa Seren aterosklerozla bağlı bu məlumatları verib: “Tibbdə ateroskleroz kimi tanınan xəstəlik orqanizmin damarlarına təsir edir. Arteriyalar orqanizmə lazım olan oksigenli qanla toxuma və orqanlara daşıyır.

Sağlam arteriya elastikdir. Zamanla əsasən xolesteroldan ibarət hissəciklər arterial divarın daxili hissəsində toplanır və ateroma lövhəsini əmələ gətirir.

Bu lövhələr arterial divarın elastikliyini itirməsinə və damar divarının sərtləşməsinə səbəb olur. Ateroskleroz iki patoloji problem yaradır. Birincisi, ateroma lövhəsi zamanla parçalana bilər və laxtalanma ilə birləşərək damarları tamamilə bağlaya bilər. İkincisi, ateroma lövhəsi böyüyür, damarların daralmasına səbəb olur. Hər iki halda damardan qidalanan orqana kifayət qədər qan getmir”.

 Orta və şiddətli ateroskleroz vəziyyətində damarlar orqan və toxumalara kifayət qədər qan axını təmin edə bilmir. Aterosklerozun əlamətləri hansı arteriya aterosklerozunun təsir etdiyinə görə dəyişir.

Aterosklerozun ürək damarlarını təsir etdiyi hallarda sinə ağrısı və infarkt ola biləcəyini deyən, Dr. Mustafa Seren aterosklerozun beyin damarlarını təsir etdiyi hallarda danışma və görmə pozğunluğu, qol və ayaqlarda zəiflik, müvəqqəti və ya qalıcı insult ola biləcəyini deyib: “Damar dəsti ayaq venalarına təsir edərsə, yerimə zamanı baldırda ağrı (klaudikasiya), istirahət zamanı ağrı, ayaq yarası və qanqren əlamətləri ola bilər. Aterosklerozun yaranmasına və irəliləməsinə səbəb olan risk faktorları, diabet və insulin müqaviməti, piylənmə, siqaret və tütün məmulatları, yüksək təzyiq, yüksək xolesterin və trigliserid səviyyələri, iltihabi xəstəliklər, yuxu apnesi, ürək xəstəlikləri. gənc yaşda ürək xəstəliyi, oturaq həyat və qeyri-sağlam qidalanmadır".

Dr. Seren qeyd edib ki,  orqan və ya toxumaya qan gətirən arteriyanın tıxanması səbəbindən ağırlaşmalar baş verir: “Ürək damarlarında ateroskleroz, Koronar arteriya xəstəliyi və infarkt, sonrakı mərhələlərdə isə, ürək çatışmazlığına gətirib çıxarır. Ayaqda və ya qolda ateroskleroz  soyuqluğa, rəngin dəyişməsinə, yerişin pozulmasına, ayaq və ya əl yaralarına, toxuma itkisinə və qanqrenaya səbəb ola bilər.

Xəstəliyin ilkin mərhələlərində  tətbiq edilən dərmanlar xəstəliyin irəliləməsinin və ağırlaşmalarının qarşısını alacaq. Mustafa Seren, ateroskleroz tıxanıqlıq və ciddi stenoz həddinə çatıbsa, həkimlərin məsləhəti ilə angioqrafik müalicə üsulları, nəticə ala bilməyən xəstələrdə isə, "bypass" olaraq təyin etdiyimiz cərrahi müalicə  tətbiq oluna bilər.

Həyat tərzində dəyişiklik etməklə damar sklerozunun qarşısını almaq mümkündür. İdman etmək, sağlam qidalanmaq, qan təzyiqini, qan şəkərini nəzarətdə saxlamaq üçün mütəmadi müayinələrdən keçmək önəmlidir.

Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti