ABŞ 6 mindən çox tələbənin vizasını ləğv etdi

14:45 19 Avqust 2025

ABŞ Dövlət Departamenti ilin əvvəlindən 6000-dən çox tələbə vizasını viza müddətinin çoxalması və qanun pozuntuları səbəbindən ləğv etdiyi barədə xəbərləri təsdiqləyib.

Sitat.info xəbər veri ki, bu barədə  ilk məlumatı Fox News verib. 

Dövlət Departamenti 6000-dən çox tələbə vizasının müddətinin başa çatması və qanun pozuntuları səbəbindən ləğv edildiyi barədə xəbərini təsdiqləyib. 

Bəyanatda qeyd olunub ki, bu vizanın ləğv edilməsi hallarının böyük əksəriyyəti “hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmək, oğurluq və terrorizmə dəstəkdən” qaynaqlanır.

Bəyanatda qeyd olunub ki, təxminən 4000 vizanın qanun pozuntularına görə, təxminən 200-300 viza isə "terror səbəbilə" ləğv edilib.

 Hesabatda vurğulanıb ki, Fələstin tərəfdarı etirazlarda iştirak edən tələbələr vizaların ləğvi ilə bağlı problemlərə məruz qalırlar.

ABŞ dövlət katibi Marko Rubio may ayında Fələstin tərəfdarı etiraz və nümayişlərdə iştirak edən tələbələrin viza statusunu nəzərdən keçirdiklərini və vizalarının ləğv ediləcəyinə işarə etmişdi.

Aytac,

Sitat.info 



Xəbər xətti