Sumqayıtda su kəsiləcək

20:12 20 Avqust 2025

 

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Sitat.info xəbər verir ki, Sumqayıt Sukanal idarəsindən bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.

 



Xəbər xətti