“Ukrayna Çinin təhlükəsizlik qarantları sırasına daxil edilməsinin əleyhinədir”.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Niyə Çin təhlükəsizlik qarantı deyil? Ukraynaya kömək etməyən qarantlara ehtiyacımız yoxdur. Pekin dron bazarını açmaqla Rusiyaya kömək edir”, - dövlət başçısı bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bundan öncə BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvlərinin yer ala biləcəyi Ukrayna üçün təhlükəsizlik zəmanətinin işlənib hazırlanmasını təklif edib. Bura ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya daxildir. Lavrov ayrı-ayrı dövlətlərin, məsələn, Almaniyan və Türkiyənin də adlarını çəkib.