Fransada təyyarə qəzası: pilot öldü

20:13 22 Avqust 2025

Fransanın şimal-şərqində yerləşən Mozel bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Sitat.info yerli mətbuata istinadla xəbər verir ki, hadisə zamanı pilot həlak olub.

Hadisə yerinə 20 yanğınsöndürən və 7 ədəd xüsusi texnika cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, təyyarə təlim uçuşu həyata keçirirmiş.



Xəbər xətti