Rusiya İsrail istehsalı olan sistemi vurdu

15:42 11 Sentyabr 2025

 

Rusiya Silahlı Qüvvələri İsrail istehsalı olan çoxfunksiyalı RADA radiolokasiya stansiyasını vurub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Rusiya ordusunun operativ-taktiki aviasiyası, zərbə PUA-ları, raket qoşunları və artilleriyası RADA stansiyasından əlavə olaraq raket-artilleriya anbarlarını və hərbi texnika saxlanclarını da hədəfə alıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu döyüşçülərin müvəqqəti yerləşdiyi 147 nöqtə atəşə tutulub.

 



Xəbər xətti