Əfqanıstanda Talibanların narkomanları həbs etdiyi düşərgələrdə dünyanı dəhşətə salan faktlar: İnsan əti yedilər... FOTOLAR

14:59 5 Fevral 2022

Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra ölkədə narkomaniyanı aradan qaldırmaq məqsədilə minlərlə insan həbs düşərgələrini xatırladan “xəstəxanalara” dolduruldu. Lakin oradakı vəziyyət hazırda dünya mətbuatını lərzəyə gətirib. 
Talibanın Əfqanıstandakı “xəstəxanalarından” birinə daxil olan danimarkalı jurnalistlər gördüklərinə inana bilməyiblər. 
Məhkumlardan bəziləri aclıqdan insan əti yeməyə başlayıb, bir məhbusun pişiyin başını kəsərək yeyib,  üç nəfərin bir yataqda yatması və digər faktlar  bütün dünyanı şoka salıb.
SİTAT.İNFO Milliyet.com.tr-nin yayımladığı materialı  təqdim edir. 


Belə ki, ötən il Taliban Əfqanıstanı geri alanda,ilk vədlərindən biri ölkənin narkotik problemini kökündən həll etmək idi.  Lakin təşkilat xalqın aludə olduğu tiryəkdən qazanc əldə etmək üçün illər sərf etmişdi. Ona görə də, hakimiyyəti ələ keçirdikdən 6 ay ərzində Taliban birtəhər öz sözünü tutdu. Onlar minlərlə evsiz narkotik aludəçisini 3 ay ərzində həbs düşərgələrinə bənzəyən xəstəxanalara yığdılar.


Kabildəki bu “xəstəxanaların” içərisinə nəzər saldıqda məlum olur ki, məhbuslar gündən-günə ağır şəraitdə əriyib gedirlər. İnsanlar az yeyir, bəzən heç yemək yemirlər. Aclıqlarını yatırtmaq üçün ot yeməyə məcbur olurlar. İddialara görə, hətta sağ qalmaq üçün pişikləri, insan əti yeməyə başlayıblar. 

Əbdül adlı bir məhbus danimarkalı jurnalistə, "xəstələrin" günlərlə ac qalmasının adi hal olduğunu və insanların müntəzəm olaraq aclıqdan öldüyünü deyib. Əbdül gördüyü mənzərəni bu sözlərlə izah edib: "Dünən insanlar parkda pişiyi yedilər. Onlardan biri pişiyin başını kəsərək ağzına atdı".


Kabildəki bu xəstəxana 1000 çarpayıdan ibarətdir, lakin 3000 nəfəri qəbul edib. Üç nəfər bir dar çarpayıda  ikiqat yatır. Məhkumlar bəzi narkomanların xəstəxanaya aparılmadan edam edildiyini deyiblər. Məhkumlardan biri iddia edib ki, onun 9  yoldaşı həbsxanada ölümə tərk edilib, qalanları isə klinikaya yerləşdirilib: “Aylardır aclıq var və ərzaq getdikcə qıtlaşır. Həkimlər məhbuslara hər gün yarım çörək verirlər, amma indi heç onu da  ala bilmirlər. İndi təchizat o qədər azdır ki, hər gün yalnız bəzi məhbuslara yemək yeməyə icazə verilir - kiçik bir kasa düyü verilməzdən əvvəl otaqda çılpaq vəziyyətdə dayanırlar. Yeyə bilməyənlər çıxıb otun üstünə uzanıb ot yeyirlər. Bu, onları yaşatmaq üçün yetərli olmasa da, aclıq hissini bir az yatırır.


Müəssisəyə rəhbərlik edən həkimlər anlayışlıdırlar, amma əllərindən heç nə gəlmir. Həkimlər aylardır maaş almırlar və növbəti maaşlarının nə vaxt gələcəyi barədə heç bir məlumatı yoxdur”.

Taliban sözçüsü isə bu dəhşətli faktları təhlil edərkən hər şeyin yolunda getdiyini deyib və buradakı durumu müdafiə edib. Talibanın narkotiklərlə mübarizə agentliyinin rəhbəri Hasibullah Əhmədi deyir: "Bu insanlar xəstədirlər və nə danışdıqlarını bilmirlər".

Qeyd edək ki, Əfqanıstan keçən il ABŞ qoşunlarının qəfil ölkədən çıxması və hökumətin bir neçə gün ərzində tamamilə dağılması nəticəsində yaranan iqtisadi böhranın içindədir. Taliban illərdir ölkəyə nəzarəti bərpa etmək arzusunda olsa da, qəfil ələ keçirdikləri hakimiyyəti idarə etmək təcrübələrinin olmaması onları böyük xaosa sürükləyib. 

Ölkə əhalisinin təxminən yarısının ərzaq yardımına ehtiyacı olduğu deyilir. Qərb ölkələri bir neçə milyard dollarlıq dəstək paketlərinin göndərilməsi ilə bağlı   razılığa gəlməyə çalışırlar, lakin onlar yeni hökumət, yəni Taliban tərəfindən oğurlana bilər. Bu mənada ölkəyə pul daxil etməkdə problemlə üzləşirlər.

Sahə  həkimləri ərzaq problemlərinin  və pnevmoniya kimi xəstəliklərin, xüsusən də uşaqlar arasında daha  artdığını bildiriblər.

Save the Children təşkilatının həkimi deyib: “Son aylarda klinikamıza müraciət edən xəstələrin sayı iki-üç dəfə artıb. Onların getməyə başqa yeri yoxdur.

Bəzən biz gələndə gözləyən yüzlərlə ana və uşaq görürük. Onlar sağlam qalmaq üçün lazım olan qida və istiliklə təmin olunmayıblar. Aclıq və pnevmoniya ölümcül bir birləşmədir. 

Hər gün bir neçə uşağı təcili müalicə üçün birbaşa xəstəxanaya göndəririk. Çox vaxt hamısına yardım edə bilmirik, vaxt çatmır, çünki iş çox olur.  Bayırda  daha çox xəstə ailələr var. Yardım edə bilmədiyimiz  uşaqları düşünüb yata bilmirəm”.

BMT-nin hesabatlarına görə Əfqanıstan uzun müddətdir dünyanın ən böyük qeyri-qanuni tiryək və heroin tədarükçüsü olub və tədarükün 80 faizindən çoxunu istehsal edir. 

Taliban öz maliyyə problemlərini tiryək gəlirlərindən və birbaşa ixracdan alınan vergilərdən təmin edir.  Təşkilatın ilk dəfə hakimiyyətə gəldiyi 2001-ci ildəki qısamüddətli qadağaları saymasaq, narkotik ticarəti 1999-cu ildən bəri davamlı şəkildə artıb.

BMT rəsmilərinin sözlərinə görə,  Taliban 2018-2019-cu illərdə narkotik ticarətindən 400 milyon dollardan çox gəlir əldə edib. 2021-ci ilin may ayında ABŞ rəsmisi bu ölkənin illik gəlirlərinin 60 faizinin qeyri-qanuni narkotiklərdən əldə edildiyini açıqlayıb. 
Demək olar ki, bütün beynəlxalq yardımların geri çəkildiyi və ölkə iqtisadiyyatının tənəzzülə uğradığı bir vaxtda, analitiklər bu durumun tezliklə dəyişməyəcəyini deyirlər. 

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Kabil ofisinin rəhbəri Sezar Qudes deyir: "Taliban tiryək ticarətini əsas gəlir mənbələrindən biri hesab edir. Daha çox istehsal, daha cəlbedici qiymətə daha ucuz narkotik və daha çox əlçatanlıq. Bu əlçatanlıq isə  milyonlarla əfqanı narkotik asılılığına  salıb. . 2015-ci ildə Əfqanıstan hökuməti tərəfindən aparılan bir araşdırmaya görə, 3- 3,5 milyona qədər insan narkomaniyadan əziyyət çəkir.

 

 

SİTAT.İNFO



Xəbər xətti