Bir müddət əvvəl Kəlbəcərə gedən Azərbaycan avtomobilləri Rusiyanın ərazidə xidmət aparan sülhməramlıları tərəfindən yoxlanılarkən rusların yanında erməni speratçısı da olub.
Axar.az xəbər verir ki, bunu jurnalist Rəy Kərimoğlu bildirib.
"Hamı kimi məni də bu hal çox narahat etdi. Hərbi mənbələrdən əldə etdiyim məlumata görə, artıq bu barədə bizimkilər Rusiyanın ərazidəki sülhməramlılarının rəhbərliyinə narazılığını və etirazını bildirib. Rusiya sülhməramlılarının rəhbərliyi də bir də belə hala yol verilməyəcəyinə söz veriblər”, - R.Kərimoğlu qeyd edib.