Kökəlmənin bu səbəbini çoxları bilmir: Hormonal balansı pozan, piylənməyə səbəb olan nədir?

16:13 31 May 2022

Gün ərzində sağlamlığınız üçün kifayət qədər yuxu yatırıqmı? 

SİTAT.İNFO xəbər verir ki, Türkiyəli dietoloq Pınar Demirkaya az yatmağın zərərlərindən danışıb.

Dietoloq hesab edir ki, bədənimiz üçün kifayət qədər yuxu həm gündəlik fəaliyyətimizə, həm də orqanizmimizin funksiyalarına mənfi təsir göstərə bilər.

Bu mənfi təsirlər arasında maddələr mübadiləsinin sürətinin azalmasını və çəki artımının olduğunu bilirdinizmi? 

Amerikalı bir araşdırmada bəlli olub ki, 4 saatdan az yatan qadınlar 300 kalori daha çox itirir. Bu və buna bənzər bir çox araşdırma və təcrübə nəticəsində qəbul edilən fikir budur ki, kifayət qədər yatmadıqda çəki artımı sürətlənir. 

Biz kifayət qədər yatmadığımızda toxluq siqnalı göndərən leptin hormonunun səviyyəsi azalır. Məlumdur ki, leptin hormonunun aşağı səviyyədə olması bədənimizin daha çox kaloriyə ehtiyacı olmadığı halda belə, beynimizə yemək siqnalı göndərərək daha çox yemək ehtiyacı yaradır.

Eyni zamanda, az yuxu yatmaq iştahı artıran aclıq hormonunun yüksək səviyyəsini göstərir.

Yuxusuzluq kimi stressə səbəb olan vəziyyətlərdə bədənimiz kortizol hormonunu artıraraq iştahın artmasına səbəb olur.

Normadan az yatdıqda   artan kortizol ilə stress durumuna nəzarət edə bilmirik.

Bu faktoru tətikləyən amillər yanlış saatlarda yatmaq və az yatmaqdır. Bu zaman fərqinə varmadan həddindən artıq karbohidrat qəbul edirik.

Bütün bunların nəticəsində artıq çəki, bölgəsəl yağlanma, iştahanın və dad hisslərinin pozulması ilə nəticələnə bilər.

Bu mənada hansı saatda yatdığımız çox vacibdir. Maddələr mübadiləsinin və hormonların nizama salınması üçün insanın saat 23:00-2:00 arasında yatması mütləqdir. Yanlış saatlarda yatmaq səbəbsiz aclığa səbəb ola bilər.

Nəticədə az yuxu bədənimizdəki hormon balansını pozaraq bizi davamlı yeməyə sövq edir və nəticədə dövrümüzün əsas xəstəliyi olan piylənməyə səbəb olur.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti