Nepalda keçmiş rep ifaçısı Balendra Şah 2026-cı ilin mart ayında keçiriləcək seçkilərdə baş nazirliyə namizədliyini açıqlayıb.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, hazırda Katmandu meri vəzifəsində çalışan keçmiş rep ifaçısı Balendra Şah baş nazirlik uğrunda mübarizə aparacaq.
Şah və Rastriya Swatantra Partiyası (RSP) 5 mart 2026-cı il tarixində keçiriləcək seçkilər üçün yeddi maddəlik razılaşma çərçivəsində ittifaq yaradıblar.
Razılaşmanın şərtlərinə görə, Şah parlament qrupunun lideri və baş nazir namizədi olacaq, RSP-nin sədri və keçmiş baş nazirin müavini Rabi Lamiçhane isə partiyaya rəhbərlik etməyə davam edəcək.
Təxminən 30 milyon əhalisi olan Nepalda 5 mart 2026-cı ildə Nümayəndələr Palatasına 275 üzv seçmək üçün ümumi seçkilər keçiriləcək.