Azərbaycanda bu vəzifə süni intellektə həvalə olundu

10:58 30 Dekabr 2025

Bu il Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb.

Sitat.info Modern.az-a istinadla xəbər verir ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.

Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Yeni AI-model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək.

Vəhdət Partiyasının rəhbərliyi bu addımın siyasi idarəetmədə innovasiya mədəniyyətini gücləndirəcəyini və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyini bildirir.



Xəbər xətti