Bakının Binəqədi rayonunda döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcısı aşkarlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) çevik qrupunun mütəxəssisləri sursatların zərərsizləşdirilməsi üçün ərazidən götürərək kənarlaşdırıblar.