Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 16:12-də (Bakı vaxtı ilə 12:12) baş verib. Onların episentri 6,9 min nəfərə yaxın əhalisi olan Vadomari yaşayış məntəqəsindən 20 kilometr şimal-şərqdə yerləşib. Yeraltı ocağı isə 10 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, bir gün əvvəl Yaponiyanın şimalında 5,6 maqnitudalı zəlzələ baş vermişdi./Trend