Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

17:26 30 Dekabr 2025

Tovuz rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Sitat.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, hadisə rayonun H. Aslanov küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı avtomobil  “VAZ 2104” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Opel” piyada səkisinə çırpılıb. Qəza zamanı “VAZ 2104” markalı avtomobilin sürücüsü 1978-ci il təvəllüdlü Rauf Sadıqov xəsarət alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.




Xəbər xətti