Qatı duman Pakistanda silsilə qəzalara səbəb oldu – 9 ölü, 30-dan çox yaralı

17:38 30 Dekabr 2025

Dekabrın 30-u səhər saatlarında Pakistanın Pəncab əyalətində qatı duman nəticəsində bir neçə ağır yol qəzası baş verib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr zamanı 9 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb. Rəsmilər bildirir ki, ölü və yaralananlar arasında uşaqlar və yaşlılar var.



Qəzanın baş vermə səbəbi görüntünün demək olar ki, sıfıra düşməsi və yol şəraitinin pis olmasıdır. Qəzalar səhər tezdən başlayıb və ardıcıl toqquşmalarla nəticələnib. Yol polisi və fövqəladə hallar xidmətləri dərhal hadisə yerinə cəlb olunub, yaralılar xəstəxanalara çatdırılıb.

Meteoroloqlar xəbərdarlıq edirlər ki, qatı duman Pəncabın geniş ərazilərində bir neçə gün davam edə bilər və yollarda görünüşü ciddi şəkildə pisləşdirə bilər.




Xəbər xətti