Türkiyədə 233 kəndlə nəqliyyat əlaqəsi kəsildi

17:13 1 Yanvar 2026

Türkiyənin bir neçə vilayətində hökm sürən əlverişsiz hava şəraiti və güclü qar yağışı nəticəsində ümumilikdə 233 kənd yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sitat.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, qar yağışı xüsusilə Gümüşhane, Giresun və Artvin vilayətlərində ciddi mənfi təsir göstərib.

Gümüşhanedə şəhər mərkəzi və rayonlar daxil olmaqla 118 kənd yolu bağlanılıb. Giresunda isə 89 kəndlə nəqliyyat əlaqəsi kəsilib. Artvinin də bəzi rayonlarında yolların qarla örtülməsi səbəbindən 26 kəndə gediş-gəliş dayanıb.

Hazırda yerli qurumlar yolların təmizlənməsi istiqamətində işləri davam etdirir. Sinoptiklər Trabzon və Orduda da qar yağışının fasilələrlə davam edəcəyi barədə xəbərdarlıq ediblər.



Xəbər xətti