Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı

17:25 1 Yanvar 2026

Cəlilabadda gənclər arasında düşən mübahisə nəticəsində 1 nəfər bıçaqlanıb.

Sitat.info xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində yerləşən seyrəngahda qeydə alınıb.

Məlumata görə, münaqişə zəminində rayonun Uzuntəpə kənd sakini, 2009-cu il təvəllüdlü M. Əsgərəli bıçaq xəsarətləri alıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahi əməliyyata alınıb. Hazırda yeniyetmənin vəziyyətinin stabil olduğu bildirilir.

Əməli törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbər xətti