Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrəyə Kran-Montanadakı faciəvi yanğınla bağlı başsağlığı verib.
Sitat.info xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabından paylaşım edilib.
"Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu.
Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk.
Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq", - başsağlığında deyilir.
Xatırladaq ki, Alp dağlarında yerləşən xizək kurortu şəhərciyi Kran-Montanada 2026-cı il yanvarın 1-də gecəyarısından sonra, təxminən saat 01:30-da "Le Constellation" adlı ikimərtəbəli barda partlayış baş verib. Yanğın nəticəsində azı 40 nəfər həlak olub, daha 100 nəfər isə xəsarət alıb.