Bakıda binanın fasadı uçdu – Anbaan video

14:30 2 Yanvar 2026

Nərimanov rayonu ərazisində “Tadım Dönər” obyektinin yerləşdiyi binada təhlükəli vəziyyət yaranıb.

Sitat.info Bakues.az-a istinadən xəbər verir ki, “Metropark” ticarət mərkəzi ilə üzbəüz yerləşən binanın fasad üzlüyü əlverişsiz hava şəraiti - sulu qar və güclü külək nəticəsində qismən zədələnib.

Şahidlərin bildirdiyinə görə, binanın divarındakı üzlük elementlərinin boşalması ərazidən keçən vətəndaşlar üçün risk yaradır.

Məsələ ilə bağlı müvafiq qurumların təhlükəsizlik tədbirləri görməsi tövsiyə olunur.

 



Xəbər xətti