"Azəriqaz"a etiraz - Vətəndaşlar yolu kəsdilər - VİDEO

16:09 2 Yanvar 2026

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz” İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.

İstifadəçilər iki gündür ki, smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.

Bu gün "Azəriqaz" ASC-yə etiraz edən Sumqayıt sakinləri yolu kəsiblər.

Sitat.info xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı video yayılıb.

50-yə yaxın vətəndaş "Azəriqaz"ın onları aldatdıqlarını bildiriblər. Narazılığın əsas səbəbi smart sayğacların mexaniki sayğaclarla əvəz edilməsi olub.

Bidirilib ki, iki gündür ki, smart kartla işləyən sayğaclarda problem yaranıb, vətəndaşlar qazsız qalıb.

Həmin görüntüləri təqdim edirik:

 

 

 

 



Xəbər xətti