Yüzlərlə avtomobil Rusiya-Gürcüstan sərhəddində qalıb

17:30 2 Yanvar 2026

Qar fırtınası səbəbindən yüzlərlə avtomobili Rusiya-Gürcüstan sərhəddində qalıb.

 
Sitat.info xəbər verir ki, bu barədə "Teleqram" kanallarında qeyd edilib:
 
"Yuxarı Lars və Krestovı aşırımı yolları bütün nəqliyyat vasitələri üçün bağlıdır. Ərazidə qartəmizləyən maşınlar dayanmadan işləyir. Tıxacda qalanlar arasında ruslar, o cümlədən uşaqlı ailələr də var".
 
Bəzi turistlər hotel bronlaşdırdıqlarını və pul itirdiklərini bildiriblər. Sərhədin açılma tarixi açıqlanmayıb.
 
Bundan əvvəl Krasnodar diyarında minlərlə rusiyalının Yeni ili qatarlarda qeyd etdiyi bildirilirdi.(Teleqraf)



Xəbər xətti