Liviya hərbi təyyarəsinin qara qutusunu bu ölkə araşdıracaq

17:42 2 Yanvar 2026

Böyük Britaniya dekabrın 23-də Türkiyədə qəzaya uğrayan Liviya hərbi təyyarəsinin qara qutusunu təhlil etməyə razılaşıb.

Sitat.info xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" məlumat yayıb.

Xatırladaq ki, təyyarə qəzası nəticəsində Liviyanın Baş Qərargah rəisi general Məhəmməd əl-Həddad, onun 4 köməkçisi və ikisi fransız olmaqla, 3 ekipaj üzvü həlak olub. Türkiyə rəsmiləri "Falcon 50"nin havaya qalxdıqdan az sonra qəzaya uğramasının elektrik nasazlığı nəticəsində baş verdiyini bildiriblər.

Qara qutu qəza yerinin yaxınlığındakı kənd təsərrüfatı sahəsində tapılıb.



Xəbər xətti