Mərakeş millisinin futbolçusu Xalid Baba "Qarabağ"ın təklifini geri çevirib.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
25 yaşlı sağ cinah oyunçusu daha yüksək maliyyə şərtləri təklif edən vətəninin MAS komandasına keçib.
Klub Baba üçün onun son komandası "Difaa"ya 400 min avro ödəyib.
Qeyd edək ki, Xalid Baba cari mövsüm ərzində meydana çıxdığı 8 oyunda 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, Mərakeş yığmasının heyətində 5 oyunda iştirak edib./teleqraf