Yer kürəsində maqnit qasırğası başlayıb

09:06 3 Yanvar 2026

Alimlərin proqnozlaşdırdığı zəif maqnit qasırğası yanvarın 2-də Yer kürəsində başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Hazırda Yerın maqnit sahəsinin pozulma səviyyəsi beşballıq şkala üzrə G1 göstəricisindədir.

Həmin şkalada G5 “son dərəcə güclü”, G1 isə “zəif” maqnit qasırğası kimi qiymətləndirilir.



Xəbər xətti