Həmin plan bir neçə gün əvvəl təsdiqlənibmiş - Detallar açıqlandı

16:50 3 Yanvar 2026

ABŞ ordusunun Venesuelaya endirdiyi irimiqyaslı zərbələr və ölkə lideri Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı bəzi detallar məlum olub.

Sitat.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin mənbələrə istinadən verdiyi məlumata görə, təxliyə əməliyyatı bir neçə gün əvvəl Ağ Ev tərəfindən təsdiqlənib. Bildirilib ki, Maduronun yerini Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentləri uzun müddət izləyiblər. Hətta CIA Venesuelada gizli əməliyyatlar keçirmək üçün bir neçə ay əvvəl Trampdan xüsusi icazə alıbmış.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın bu gün Florida ştatındakı Mar-a-Laqo iqamətgahında Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransı keçirərək əməliyyatın bütün gizli təfərrüatlarını açıqlayacağı gözlənilir.



Xəbər xətti