Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə və Venesuela xalqının rifahına önəm verir.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Biz Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həlli üçün istənilən konstruktiv yardımı göstərməyə hazırıq. Karakasdakı səfirliyimiz Venesueladakı türk vətəndaşları ilə əlaqəni və lazımi koordinasiyanı davam etdirir", - XİN-in bəyanatında bildirilib.
ABŞ ordusu bu gün Karakasa zərbələr endirib.Venesuela Prezidenti Maduro və həyat yoldaşı isə ələ keçirilib və ölkədən çıxarılıb.