"Bitcoin"in kursu son üç həftənin ən yüksək səviyyəsinə yüksəlib.
Sitat.info "Bloomberg"ə istinadən xəbər verir ki, kriptovalyutanın məzənnəsi 2.3% artaraq 93 323 dollara çatıb.
Nəşr bildirir ki, bu artım Venesuela lideri Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən ələ keçirilməsindən sonra davam edən siyasi qeyri-müəyyənliklə əlaqədardır.
Həmçinin qızıl 2% bahalaşaraq trua unsiyası 4 400 dolları keçib, gümüşün qiyməti isə 4.8% artıb.
Bildirilir ki, Maduronun həbsindən sonra investorların təhlükəsiz qiymətli metallara tələbatı çoxalıb.