Ağstafada müxtəlif vaxtlarda 5 üzvü ölən ailənin evi yandı

17:01 5 Yanvar 2026

Ağstafada yanğın hadisəsi baş verib.
 
Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 
 
Rayonun Qırılı kəndində ikimərtəbəli 7 otaqlı evdə qeydə alınan hadisədə evin 1-ci mərtəbəsində mətbəxin tavanı və 2-ci mərtəbəsində bir otağın döşəməsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
APA-nın məlumatına görə, hadisə kənd sakini Sahil İsmayılova məxsus evdə qeydə alınıb. İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı vəfat edib. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.
 
Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış keçirib. Hazırda yanğının səbəbləri araşdırılır.



Xəbər xətti