Bakının Səbail rayonunda yol qəzası baş verib.
Hadisə Badamdar qəsəbəsində Mərkəzi Nəbatat Bağının yaxınlığında qeydə alınıb. İki minik maşını toqquşub. Maşınlardan biri piyadanı vurub. Piyada xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 08:00 radələrində Səbail rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerində xəsarət alan 1 nəfərə (kişi) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və başın açıq yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub", məlumatda qeyd olunub.
///apa