Moldova ordusu Kalaşnikov avtomat silahından imtina edib

20:39 5 Yanvar 2026

Moldova ordusu Rusiya istehsalı Kalaşnikov avtomat silahından imtina edib.
 
 
Bu barədə "Sputnik" məlumat yayıb.
 
Bildirilib ki, Moldova müdafiə naziri Anatoli Nosatıy bunu ordunun NATO standartlarına keçməsi ilə əlaqələndirib: "Nəhayət, Qərb silahlarına, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə sursat və ehtiyat hissələrinə çıxış imkanı verir"
 
Nosatıy dövlət televiziyası və radiosuna bildirib ki, artıq ordunun bir neçə bölməsi Kalaşnikov avntomatlarında imtina edib.
 
///apa



Xəbər xətti