Ramilə Qurbanlı vəzifəsindən ayrıldı

20:48 5 Yanvar 2026

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ramilə Qurbanlı işindən ayrılıb.

 

Sitat.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

 

Qeyd edək ki, Ramilə Qurbanlı əvvəllər "Ədəbiyyat qəzeti", "7 Gün", "Gənclik - P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman", "Azərbaycan", "Xalq" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında, AZTV, "Space" və APA TV-də çalışıb. 



Xəbər xətti