Bursa Böyükşəhər Bələdiyyə sədri Mustafa Bozbəy vətəndaşlarla görüşü zamanı iki şəxsin hücumuna məruz qalıb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Bozbəyə xəsarət yetirməyə çalışan qardaşlar polis tərəfindən saxlanılıb.
Onlardan birinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olduğu bildirilib.