Məhkəmə onları həbsdə saxladı

19:07 6 Yanvar 2026

Türkiyədə qanunsuz mərc oyunları araşdırması çərçivəsində saxlanılan “Fənərbaxça” və “Qalatasaray” klublarının futbolçuları barədə məhkəmə qərarı açıqlanıb.

Sitat.info xəbər verir ki, İstanbulda keçirilən məhkəmə iclasında “Qalatasaray”ın müdafiəçisi Metehan Baltacı və “Fənərbaxça”nın yarımmüdafiəçisi Mert Hakan Yandaşın həbsdə saxlanılmasına qərar verilib.

Futbolçuların bu gün başa çatmalı olan həbs müddəti istintaqın davam etməsi səbəbindən uzadılıb.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Metehan Baltacının öz klubunun oyunlarına mərc etdiyi, Mert Hakan Yandaşın isə üçüncü şəxslər vasitəsilə mərc oyunlarında iştirak etdiyi iddia olunur.



Xəbər xətti