Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, Pəncab əyalətində sərnişin avtobusu təqribən 30 metr dərinliyində olan dərəyə aşıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 24 nəfər isə xəsarət alıb.
Qəzada sağ qalanların xilas edilməsi ilə bağlı əməliyyat 2 saatdan çox davam edib.