İran ABŞ və İsraili etirazlara müdaxiləni dayandırmağa çağırdı

16:59 7 Yanvar 2026

Bu gün İran Ordusunun baş komandanı Əmir Hatəmi bildirib ki, İslam Respublikası ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun İranda baş verən etirazlarla bağlı açıqlamalarını “təhdid” kimi qəbul edir.

Sitat.info İran mediasına istinadən xəbər verir ki, general Hatəmi xəbərdarlıq edib ki, bu cür hərəkətlər cavabsız qalmayacaq və “düşmən səhv edərsə, daha qətiyyətli cavab alacaq, istənilən təcavüzkarın əli kəsiləcək”.

Daha əvvəl Tramp Tehrana xəbərdarlıq etmişdi ki, əgər İran hakimiyyəti etirazçıları öldürməyə davam edərsə, ABŞ “tədbir görəcək”. Netanyahu isə İsrailin İran xalqının mübarizəsini dəstəklədiyini bildirərək, “bəlkə də onların taleyini öz əllərinə almaları üçün vaxt gəlib çatıb” deyib.



Xəbər xətti