İranda zəlzələ baş verdi

17:00 7 Yanvar 2026

İranda etiraz aksiyaları 11-ci günə qədəm qoyub və aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılır. Bu gün yenidən Tehran, Şiraz, Bocnurd və digər şəhərlərdə insanlar küçələrə çıxaraq narazılıqlarını ifadə ediblər.

Sitat.info xəbər verir ki, Şiraz sakinləri əsas yolları bağlayıblar. Yerli mənbələr bildirir ki, hazırda şəhər küçələrində gərginlik hökm sürür, hərəkət iflic vəziyyətinə düşüb.

Şahidlərin sözlərinə görə, digər şəhərlərdə də gərgin durum yaranıb, təhlükəsizlik qüvvələrinin şəhərlərə cəlb edildiyi bildirilir.

Qeyd edək ki, son günlər İranın bir sıra böyük şəhərlərində sosial və siyasi narazılıqlar fonunda etiraz aksiyaları intensivləşib və vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

Bu arada təbiət də molla rejiminə özünəməxsus etiraz edib. Bu gün Sistan və Bəluçistan əyalətinin Dəlqan şəhəri yaxınlığındakı Qolmurti bölgəsində Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanlar saat 14:09-da qeydə alınıb. Hazırda zəlzələ nəticəsində dağıntı və ya insan itkisi barədə məlumat verilməyib.

///Bakupost.az



Xəbər xətti