ABŞ hərbçiləri Rusiya tankerinə hücum etdi - Foto

17:24 7 Yanvar 2026

ABŞ Sahil Mühafizə Xidməti hazırda Latın Amerikası sahillərində Rusiyaya məxsus “Mariner” neft tankerini saxlamaq üçün əməliyyat keçirir.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, əməliyyat Atlantik okeanında tankerin iki həftəlik təqibindən sonra başlayıb:

“Bu, son saatlarda gəmini saxlamaq üçün edilən ikinci cəhddir və əməliyyatda iştirak etmək üçün ABŞ hərbçiləri prosesə cəlb olunub”.

 

Qeyd edək ki, Rusiyanın ABŞ tərəfindən təqib edilən neft tankerini müşayiət etmək üçün hərbi gəmi göndərdiyi barədə məlumat yayılmışdı.



Xəbər xətti