İlham Əliyevdən Cahangir Novruzovla bağlı - Sərəncam

17:36 7 Yanvar 2026

Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
 
Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Xalq artisti bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.



Xəbər xətti