Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək.
Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400,0 (dörd yüz) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400,0 (dörd yüz) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400,0 (dörd yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400,0 (dörd yüz) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılacaq.