İranda kürdlər də etirazlara çağırıldı

18:37 7 Yanvar 2026

İran hökumətinə müxalif olan 7 kürd təşkilatı birgə bəyanat yayaraq ölkədə keçirilən etiraz aksiyalarına dəstək veriblər.

Sitat.info xəbər verir ki, bu haqda təşkilatların media orqanlarında bildirilib.

Bəyanatda xüsusən İlam, Kirmanşah və Loristan əyalətində repressiyaların şiddətinə, etirazçılara qarşı atəş açılmasına diqqət çəkilib və bu, pislənilib.

 

7 təşkilat buna etiraz və ümumi aksiyalara dəstək məqsədilə yanvarın 8-də Kürdüstan əyaləti və kürdlr yaşayan başqa bölgələrdə ümumi tətil aksiyasına çağırıblar.



Xəbər xətti