İlqar Tağıyevə yüksək vəzifə verildi

19:00 7 Yanvar 2026

“Azər Türk Bank” ASC-nin baş direktoru vəzifəsinə İlqar Tağıyev təyin edilib.

 

Sitat.info Kredit.az-a istinadla xəbər verir ki, İlqar Tağıyev maliyyə sektorunda uzunmüddətli təcrübəyə malikdir. O, 2024-cü ilin iyunundan 2026-cı ilin yanvarınadək “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də Baş icraçı direktorun müavini vəzifəsində çalışıb.

 

1998-ci ildən bank sektorunda fəaliyyət göstərən İ.Tağıyev Asiya İnkişaf Bankı, Dünya Bankı, “Bank of Baku” ASC, “Qafaz Leasing” ASC, “Embafinans” BOKT QSC və “Yelo Bank” ASC (keçmiş “Nikoil Bank”) kimi nüfuzlu maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb.



Xəbər xətti