ABŞ-ın Venesueladakı əməliyyatı nəticəsində azı 100 nəfər ölüb
10:07 8 Yanvar 2026
ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat nəticəsində azı 100 nəfər ölüb.
Sitat.info xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabello açıqlama verib.
Onun sözlərinə görə, əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores yaralanıblar. Kabello bildirib ki, Siliya Flores baş nahiyəsindən, Nikolas Maduro isə ayağından xəsarət alıb.
Daxili işlər naziri əlavə edib ki, Amerika ordusunun Maduronun həyat yoldaşını təxliyə etmək planı olmayıb. Siliya özü Flores təxliyə zamanı Maduro ilə birlikdə aparılmasını istəyib.