İranda daha bir neçə polis zabiti öldürülüb - FOTO

16:03 8 Yanvar 2026

Dünən Tehran əyalətinin Məlard şəhərində keçirilən etiraz aksiyaları zamanı polis polkovniki Şahin Dehqan qətlə yetirilib.

Sitat.info bununla bağlı İran mediası xəbər verib.

Məlumata görə, Şahin Dehqan şəhərin Ərğəvan meydanında etirazçıları dağıtmağa çalışarkən bıçaqlanaraq öldürülüb.

Eyni zamanda, Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində də polis zabiti Mənsur Həqiqət güllələnib. Qətlin məsuliyyətini isə “Ceyş əl-Ədl” silahlı qruplaşması öz üzərinə götürüb.

Sitat.info
 




Xəbər xətti