Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçdı

17:48 8 Yanvar 2026

Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
 
Sitat.info  xəbər verir ki, bu haqda onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib. 
 
Qeyd edilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb. 
 
Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.
 
Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.
 



Xəbər xətti