4 marketi talayan şəxs saxlanıldı

18:00 8 Yanvar 2026

Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən 4 marketi talayıb.
 
Sitat.info  xəbər veirr ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub.
 
Araşdırma aparılır.



Xəbər xətti